10 C
Baku
Thursday, December 12, 2024

“Bitcoin”nin ucuzlaşma səbəbi üzə çıxdı

Qlobal bazarda “Bitcoin”in kəskin ucuzlaşmasının səbəbi investorların mənfəətlərini reallaşdırmaq istəyi ilə bağlıdır. “Bitcoin”in qiyməti 13 000 dollar səviyyəsinə qədər geriləyə bilər. “RİA Novosti” agentliyinə istinadən, bu açıqlama ilə “Brave New Coin” rəqəmsal valyuta xəbər və araşdırma saytının analitiki Coş Olşeviç (Josh Olszewicz) çıxış edib.

Qeyd edək ki, “Bitcoin” son 5 gün ərzində 35%-ə yaxın ucuzlaşaraq bu gün 12 874 dollara qədər geriləyib.

“Bu, normal korreksiyadır. Cari səviyyədə korreksiyanın bitməsi gözlənilir”, – deyə erkspert bildirib.

Xatırladaq ki, hazırda “Bitcoin”in qiyməti 13 500 dollar təşkil edir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər