26 C
Baku
Saturday, July 27, 2024

Bitkoin dəqiqələr içində çökdü – 20 gündə qazandığı qiyməti tam itirir

Məşhur e-pul bitkoinin (BTC) 6 sentyabrda Mərkəzi Amerika ölkəsi tərəfindən rəsmi valyuta elan edilməsi ardından yüksək artım dinamikası göstərsə də, bu heç 24 saat çəkmədi. İndi bitkoin Salvadorda prezidentin bu addımına olan etirazlara görə, son 20 gündə qazandığı dəyəri tam olaraq itirmiş oldu.

Banker.az xəbər verir ki, bitkoinin ABŞ dolları qarşısındakı qiyməti 11.4% ucuzlaşma ilə $46,612-ə enib (Bakı vaxtı: 09:25) ki, bu da avqustun 20-dən bu tərəfə minimal həddir.

El Salvador Respublikasının prezidenti Nayib Bukele tvitterinde 200 bitkoin aldıqlarını və sonra daha 200 bitkoin alacaqlarını yazmışdı. 20 milyon dəyərində olan bu kriptovalyuta may ayından bu tərəfə ilk dəfə 52 min dolları adlamışdı. Bununla belə, dünyada ilk olaraq bu valyutanı ölkənin rəsmi valyutası elan etmişdi. Lakin müxalifət və cəmiyyət içində bu “riskli addımı”ın əvəzində digər mənbələrə yönəldilməsini inad edilir. Əhali küçələrdə Bukelenin bu addımına qarşı etiraz aksiyası keçirir.

Paytaxt San Salvadordakı bitkoinin alınmasına görə təşkil edilmiş protestdə 1000 etirazçı saxlanılıb.

Digər bir məsələ isə Apple və Huavey əməliyyat sistemlərinin bitkoinin tətbiqində çətinlik olduğundan şikayət var.

Dünən 150 bitkoin 7 mln. dollar dəyərində idi.

Bitkoinin bazar kapitalizasiyasının 1 trln. dollara çatacağı ilə bağlı ehtimallar qısa zamanda alt-üst olub. Hazırda kapitalizasiya $873.78 milyard dollara qədər düşüb.

Son xəbərlər
Digər xəbərlər