18 C
Baku
Monday, April 29, 2024

Bitkoin FED-in faiz qərarından sonra 8% bahalaşıb

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) növbəti iclasının nəticələrinin açıqlanmasından sonra çərşənbə günü axşam bitkoinin qiyməti 8% bahalaşıb. İndi rəqəmsal valyutanın qiyməti 23 min dolları ötür.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Ən böyük kriptovalyuta birjası “Binance”da saat 22:52-ə olan vəziyyətə görə, bitkoin 8.3% – 22.64 min dollara qədər artıb, FED-in iclasından əvvəl valyutanın qiyməti 21.6 min dollar olub.

FED faiz dərəcəsini ardıcıl ikinci dəfə 0.75% artıraraq illik 2.25-2.5%-ə qaldırıb. Sonuncu dəfə tənzimləyici uçot dərəcəsini iyunun 15-də 0.75% artıraraq 1.5-1.75%-ə yüksəldib.

coindesk BTC chart 2022 07 28

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər