19 C
Baku
Friday, May 3, 2024

Bitkoinin qiyməti 25 min dolları ötüb

“Coindesk” platformasının məlumatına görə, bitkoin 25 186 dollara qədər bahalaşıb. Bu gün, avqustun 15-i saat 8:14-də valyutanın dəyəri azalaraq 24 876 dollar olub. Bir gün əvvəl isə qiymət 24.6 min dollara yüksəlib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

İyun ayında ABŞ Federal Ehtiyat Sisteminin monetar siyasətinin sərtləşdirilməsi fonunda bitkoinin məzənnəsi 19 min dollardan aşağı düşüb. İyul və avqust aylarında valyuta böyüməyə qayıdıb. Dünənki artımdan sonra ikinci ən populyar kriptovalyuta olan ethereum (ETH) bir qədər azalaraq 1981 min dollar/ETH səviyyəsinə düşüb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər