13 C
Baku
Wednesday, May 8, 2024

Bitkoinin qiyməti son bir ayın maksimumuna yüksəlir

Kriptobirjalardakı göstəricilərdə artım müşahidə edilir.

Banker.az xəbər verir ki, dünyanın ən populyar kriptovalyutası Bitkoin (BTC) artıq özünə 40 min dolların üzərində lövbər salıb.

Bakı vaxtı ilə 09:30 radələrinə $44 386 təşkil edib. Bu da günlük 3.74%, həftəlik isə 15.04% bahalaşma və 2021-ci ilin ilk iş günlərindən bu tərəfə düşdüyü enişlərdən sonra ən yüksək göstəricilər deməkdir.

Digər altcoinlərdə də artımlar var. Məsələn, Etherium-un (ETH) qiyməti günlük 2.49%, həftəlik isə 15.52% artımla  $3 168.65 səviyyəsinə çatıb.

Hazırda kriptovalyutalar da ənənəvi birjalara sanki reaksiya verir. Ötən həftənin son iş günündə ABŞ-da məşğulluqla bağlı göstəricilərin gözləniləndən daha yaxşı olmasından sonra bitkoin və “altcoin”lərdə bahalaşma başladı.

24234234

Son xəbərlər
 ⁠
Digər xəbərlər