11 C
Baku
Wednesday, December 11, 2024

“Bizim cavabımız Ermənistan üçün çox həssas və ağrılı oldu”

“Bizim məqsədimiz xalqımızı, ölkəmizi və öz torpağımızda yaşamaq hüququmuzu müdafiə etməkdən ibarətdir”.

Bu barədə Prezident İlham Əliyev “CNN International” televiziya kanalına müsahibəsində danışıb.

Dövlət başçısı daha sonra deyib: “Sentyabrın 27-də Azərbaycanın hərbi mövqelərinə, şəhər və kəndlərimizə artilleriya atəşi açan Ermənistan olmuşdur. Toqquşmalar gedən günlərdə Ermənistan ordusu tərəfindən 31 nəfər mülki şəxs qətlə yetirilmişdir, demək olar ki, 200 nəfər yaralanmışdır, mindən çox ev dağıdılmış və ya onlara ciddi ziyan dəymişdir. Biz cavab verməli idik, özümüzü müdafiə etməli idik.

Bizim cavabımız Ermənistan üçün çox həssas və ağrılı oldu. Onlar çox ciddi məğlubiyyət acısını yaşadılar, onlar bizdən qaçdılar, biz ərazimizin bir hissəsini azad etdik, biz işğaldan azad olunmuş ərazilərə milli bayrağımızı sancdıq. Biz ərazi bütövlüyümüzü bərpa edirik və biz haqlıyıq. Biz öz torpağımızda savaşırıq, Ermənistan digər ölkənin torpağında vuruşur”.

Son xəbərlər
Digər xəbərlər