13 C
Baku
Friday, April 26, 2024

Biznes genetikası

İşə təzə başlayan biznesmenlər üçün tədris proqramlarının sayı artdıqca tədqiqatçıların mübahısələridə genişlənir: prinsip etibarilə sahibkarlığa bir “peşə” kimi yiyələnmək mümkündürmü?

Bu gün sahibkarlığın tədrisi sürətlə artan biznesdir: əgər hələ on il əvvəl ABŞ-da bu sahədə işə başlayan biznesmenlər üçün nəzərdə tutulmuş 100-dən az proqram mövcud idisə, artıq indi Princeton Review şirkətinin məlumatlarına görə, onların sayı 700-ə qədərdir. Tələbəyə bu tədris, orta hesabla ildə 40 000 dollara başa gəlir. 

İqtisadiyyat professoru və “Anadangəlmə sahibkarlar, anadangəlmə liderlər” kitabının müəllifi Skott Şeyn israr edir ki, iri, xırda və orta biznesmenlərlə uzun müddət ünsiyyətdən sonra işləri uğurlu alınmış sahibkarların xas olduğu bir qrup şəxsi keyfiyyətlər aşkar etmişdir. Onların əksəriyyəti ekstravertdir, təzə olan hər şeyə açıqdır, şəxsi ünsiyyətdə xoş təəssürat yarada bilirlər (mürəkkəb sövdələr müzakirə olunan zaman olduqca mühüm olan keyfiyyət). Güman etmək olar ki, bu keyfiyyətlərdən çoxu bu və ya digər dərəcədə insanın geni ilə əlaqədardır.

Şeyn hesab edir ki, bu fikirdən DNT-dən asılı olaraq təhsil almaq ideyasına kimi ancaq bir addım qalır. Məsələn, genetik olaraq riskə meylli olan insanları imkanların qiymətləndirilməsinə konservatizmə meylli insanlardan fərqli öyrətmək olar. Müəllimlər sahibkarlıq proqramlarını onlardan maksimal fayda götürmək qabiliyyəti olan insanlara uyğunlaşdıra bilərlər. Şeyn deyir: “Hamının eyni olması və tədrisə eyni münasibəti olduğunu düşünmək əvəsinə, biz genetik meylliyə baxıb konkret insana nəyin münasib olduğunu başa düşməliyik”.

“Pivə qədəhi arxasında çox insanlar razılaşır ki, “təbiət bildiyini edir” sözlərində həqiqət var”, – Harvard biznes məktəbinin professoru Coş Lerner belə deyir. Lakin, biznesin tədrisini yalnız şəxsi keyfiyyətləri yaxşı olan insanlarla mədudlaşdırmaq olmaz. Şeyn prinsip etibarı ilə bununla razılaşır. Bununla yanaşı, o soruşur – təsəvvür edin ki, siz basketbol komandasının məşqçisisiniz və komandanızda oyunçulardan birinin boyu 180 sm, digərininsə 210 sm-dən artıqdır. Siz onları boylarına uyğun vəzifələr üçün məşq edəcəksiniz, yoxsa “sadəcə genetik fərqlərə məhəl qoymayacaqsız”?..

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər