6 C
Baku
Monday, December 16, 2024

Biznes kredit işçisi (“TCF” Bank olmayan kredit təşkilatı ASC)

İŞÇININ VƏZIFƏSI:

– Yeni müştərilərin cəlb edilməsi üçün aktiv marketinq təbliğatının həyata keçirilməsi və müştərilərə təşkilatın kredit məhsullarına dair məlumatın verilməsi
– Müraciət ərizələrinin qəbulu, müştərilərin və zaminlərin (əgər mövcuddursa) təhlili, ödəmə qabiliyyətinin müəyyən edilməsi
– Müraciətlərin kredit komitəsinə təqdim edilməsi və müdafiəsi
– Kredit portfelinin formalaşdırılması və idarə edilməsi
– Kredit layihələri üzrə risklərinin qiymətləndirilməsi
– Müvafiq hesabatların hazırlanması
– Müştərilərin geri ödənişlərinə nəzarət

TƏLƏBLƏR:

– Ali təhsil (idarəetmə, maliyyə, biznes və s. iqtisadi sahələr üzrə)
– Kredit sahəsində ən azı 1 (bir) il iş təcrübəsi
– Azərbaycan dilində sərbəst danışmaq və yazmaq
– Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı
– Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
– Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı
– Müştərilərlə davranış etikası
– Lizinq, bank və ya bank olmayan kredit təşkilatında kredit mütəxəssisi vəzifəsində çalışan namizədlərə üstünlük veriləcəkdir

Vakansiya ilə maraqlanan şəxslərdən CV–lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Biznes kredit işçisi Sumqayıt) qeyd etməklə göndərmələri xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər