2 C
Baku
Saturday, December 14, 2024

Biznes məsləhətçi hansı hallarda köməyinizə gələ bilər?

Biznes-məsləhətçi – biznes üzrə konsaltinq xidmətləri təklif edən mütəxəssisdir və biznes, yaxud müəssisələrə yeni keyfiyyətli mərhələyə keçid etməyə kömək edir.

Açılan yeni-yeni müəssisələr qısa zaman ərzində tarixə qovuşur. Bu isə onunla əlaqədar ki, bu müəssisələr biznesin idarə edilməsi üzrə müəyyən bilik və təcrübəyə malik olmayan şəxslər tərəfindən yaradılır. Rəhbərlik təcrübəsi olmayan şəxsin biznes yaratması çox risklidir. Bu halda isə köməyə biznes üzrə bilik, bacarıq və təcrübəyə malik məsləhətçi gəlir.

Biznes-məsləhətçinin hansı hallarda kömək edə biləcəyini təyin edək:

  • Konkret problem mövcud olduqda.
  • Çox sayda mütəxəssis cəlb etmək üçün maliyyə vəsaiti olmadıqda.
  • Zaman, bilik və təcrübə çatışmazlığı yarandıqda.
  • Yeni layihələrin işə salınması zamanı riskləri qiymətləndirmək.
  • Biznesi ümumilikdə qiymətləndirmək və perspektivləri təyin etmək.
  • İşi ləngidən zəif bəndi tapmaq.
  • Satış və gəliri artırmaq.
  • Konsultasiya almaq, məsələn, düzgün şəkildə reklam vermək, problemləri həll etmək və s. barədə.

Siyahını uzatmaq mümkündür. Lakin sadə və aydın şəkildə desək: Biznes-məsləhətçi  – problemləri həll edən və biznesin effektivliyini artıran şəxsdir.

Lakin hazırda ödənişli biznes məsləhətlərdən yararlana bilmirsinizsə aşağıdakı siyahının vasitəsilə biznesinizi fərdi şəkildə təhlil edə bilərsiniz.

«Biznes» üçün

  • Biznesin təşkilati strukturunu təyin edin.
  • Şirkətin vəziyyətini təsvir edin.
  • Bütün əməkdaşların funksiyalarını yazın.
  • Əməkdaşlar arasında hansı qarşılıqlı münasibətin olduğunu ayırd edin.
  • İcraçı intizamı qiymətləndirin.
  • İşin effektivliyini azaldan cəhətləri təyin edin.
  • Bütün strateji məqsəd və tapşırıqları yazın.
  • Son 3 ildə şirkətin inkişafını təyin edin.

«Marketinq» üçün

  • Yeni müştərilərin necə və haradan gəldiyini təyin edin.
  • Bütün reklam tədbirlərini qeyd edin.
  • Rəqiblər haqqında bütün məlumatları yazın.
  • Hədəf kütlənizi təyin edin.
  • Məhsul və xidmətlərin təhlilini aparın.
  • Biznesin marjinallığını təyin edin.

«Satışlar» üçün

  • Müştərilər ilə qarşılıqlı münasibətin necə baş verdiyini təyin edin.
  • Əməkdaşların təlim prosesinin olub-olmadığını araşdırın.
  • Personalın idarə edilməsi növlərini təyin edin.
  • Satış prosesinin necə baş verdiyini izləyin.
  • Satış bölməsinin strukturunu tərtib edin.
  • Personalın işini qiymətləndirin.
  • Personalın motivasiya sistemini təyin edin.
Son xəbərlər
Digər xəbərlər