Vakansiya haqqında məlumat:
Struktur bölmə : Biznes proseslərin idarə olunması şöbəsi
Vəzifə : Şöbə müdiri
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi : 10 fevral 2018-ci il
Əsas vəzifə öhdəlikləri:
1. Cəmiyyətin biznes-proseslərinin modelləşdirilməsi metodologiyasının hazırlanması, sistemləşdirilməsi və optimallaşdırılması;
2. Biznes proseslərin effektivliyin artırılması istiqamətində təkliflərin verilməsi;
3. Biznes proseslərin koordinasiyası;
4. Biznes proseslərin optimallaşdırılması zamanı aşkarlanmış risklərin müvafiq struktur bölmələr ilə müzakirə edilməsi;
5. Optimallaşıdırılmış və ya optimallaşdırılacaq biznes proseslərin istifadəyə verilməsi barədə təklif və rəylərin alınması mexanizmini hazırlamaq;
6. Mövcud biznes proselərin monitorinq edilməsi, davamlı şəkildə təkmilləşdirilməsi;
7. Optimallaşdırılmış biznes proseslərin təqdimatı.
Namizədə olan tələblər:
İş təcrübəsi : Biznes proseslərin idarə olunması üzrə ən azı 2 il iş təcrübəsi tələb olunur;
Təhsili/ixtisası : İqtisadiyyat, tətbiqi riyaziyyat, riyazi analiz və ya riyazi modelləşmə ixtisasları üzrə bakalavr təhsili tələb olunur, magistr təhsili üstünlükdür;
Dil bilikləri : Azərbaycan dilini yülsək səviyyədə, rus və ingilis dillərini yaxşı səviyyədə bilməlidir;
Kompüter bilikləri : MS Office;
Üstünlüklər : Maliyyə sahəsində iş təcrübəsi olan və Lean Six Sigma (Black Belt, Green Belt) sertifikasiyalı namizədlərə üstünlük veriləcəkdir;
Fərdi keyfiyyət tələbləri : Məlumatı toplamaq və təhlil etmək bacarığı/Analitik düşüncə, təqdimetmə bacarığı, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı.
İmtiyazlar:
Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 567-32-36
Vakansiya üçün müraciət qaydası : CV-lər “BPM” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.