18 C
Baku
Sunday, April 28, 2024

Biznes proseslərinin analitiki – Bank Respublika

“Bank Respublika” ASC “Biznes proseslərinin analitiki” vakansiyası üzrə işçi qəbulu elan edir.

Tələblər:
• Biznes proseslərin təsviri və qiymətləndirilməsi metodikalarına dair biliklər;
• Biznes proseslərinin təsvirinə dair müxtəlif proqram məhsulları ilə iş təcrübəsi;
• Ünsiyyət qurma qabiliyyəti, stressə davamiyyət, öyrənəbilmə bacarığı.

Öhdəliklər:
• Biznes proseslərinin analizi;
• Mövcud biznes proseslərin problemli zonalarının, üstünlük və çatışmazlıqlarının aşkar olunması;
• Biznes proseslərinin modelləşdirilməsi (həmçinin biznes proseslərin və onların icra prosedurlarının mətnlə təsvirinin təqdim olunması, bölmələrin nümayəndələri ilə müsahibələrin keçirilməsi və s.);
• Təkmilləşdirilməyə dair təkliflərin formalaşdırılması;
• İşlənib hazırlanmış biznes proseslərin aktuallığına daimi nəzarət.

Müraciət etmək istəyən namizədlərdən öz CV-lərini müvafiq başlıq (mövzu) ilə [email protected] elektron ünvanına göndərməsi xahiş olunur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər