27 C
Baku
Saturday, July 27, 2024

Biznesdə jestlərin əhəmiyyəti – II hissə

Qərb iş adamları üçün də iş etketinin milli xüsusiyyətləri səciyyəvidir.

ABŞ

ABŞ-da danışıqlar adətən «təkbətək» aparılır. Amerikalılar rəsmiyyətə vaxt sərf etmirlər, dərhal işin məzmununa keçirlər. Onlar çox sual verirlər, qarşı tərəfin yaşından və tutduğu movqeyindən asılı olmayaraq onu adı ilə çağırırlar.

Avropa ölkələrinin təmsilçiləri amerikalılardan fərqli olaraq rəsmiyyətə daha diqqətli yanaşırlar.

Avropa qanunları

İngiltərə

İş məsələlərində ingilislər protokolun qaydalarına dəqiqliklə riayət edirlər. Lakin bu şotlandlılara bir o qədər də aid deyil.

İngilislər kimisi salamlayanda və yaxud ona müraciət edəndə hətta yaxın insanların dairəsində onlara verilən adlardan istifadə edirlər. Lakin son zamanlarda tanışlıqdan dərhal sonra bir birilərinə adla müraciət etmək getdikcə məşhurlaşır.

Dəqiqlik hər yerdə qiymətləndirilir. Lakin təyin olunmuş vaxtdan tez gəlmək də məsləhət deyil. Bu hörmətsizlik kimi qəbul edilə bilər.

Böyük Britaniyada ev sahiblərinin öz dostlarını evlərinə çağırması adətə çevrilib. Lakin onlar iş şəriklərini əksər hallarda restorana və yaxud paba dəvət edirlər. Burada işgüzar lanç adətləri çox dəyərli hesab edilir. Lakin son zamanlarda axşam yeməkləri adəti məşhurlaşır.

İş hədiyyələri burada qəbul edilmir. Lakin siz şərikinizi və yaxud tanışınızı teatra dəvət etsəniz, ona böyük zövq bəxş etmiş olacaqsınız.

Danışıqlar prosessinin hazırlığına ingilislər xüsusi diqqət ayırırlar. Onlar danışıqlar zamanı şərikin mövqeyindən asılı olaraq ən yaxşı həll tapıla biləcəyini düşünürlər.

Britaniyalılar üçün bugünkü günə qədər danışıqlar zamanı kəskin mövzulardan qaçmamaq xüsusiyyəti ənənə olaraq qalır.

İspaniya

İspaniyada salamlaşmaq əl sıxmaqdan savayı həmçinin qucaqlaşmaq ilə də müşayiət olunur.

İspanlar punktual hesab edilmirlər. Danışıqlar zamanı onlar həddindən artıq çox danışa bilərlər. Nəticədə belə danışıqlar uzanırlar və öz dinamikalarını itirirlər.

Günün ortasında (13.30-dan 16.30-ə qədər ) şəhərlərdə həyat dayanır. Hətta bir neçə mağazalar da bağlanır. İspanlar bu vaxtı ailələri ilə istirahət etməyə ayırırlar. Bunu nəzərə alaraq bu saatlarda iş danışıqları təyin etməyin.

Əgər siz İspaniyada hər hansısa bir evə dəvətlisinizsə, özünüz ilə çiçək dəsti, tort və konfetlər götürə bilərsiniz. Bəzən qonağa da hədiyyə verilir. Bu zaman qonaq hədiyyəni açmalıdır və öz minnətdarlığını bildirməlidir.

Hollandiya

İspaniyadan fərqli olaraq, bu ölkədə hər bir görüşdə və dəvətdə vaxt məsələsində dəqiqliyə riayət etmək lazımdır. Salamlaşarkən əl sıxmaq, kompliment etmək məsləhət deyil. Ümumiyyətlə hollandlar hər şeydə çox təmkinlidirlər.

Almaniya

Almaniya iş etiketi üçün punktuallıq və dəqiqlik səciyyəvidir. İş görüşləri haqqında öncədən danışırlar. Əgər hər hansı səbəblərdən ötrü siz görüşə gələ bilmirsinizsə, bu haqqda qarşı tərəfi xəbərdar edin.

Salamlaşarkən və vidalaşarkən əl sıxmaq lazımdır.

Danışıqlar zamanı siz qarşı tərəfə «siz» deyərək və soyadı ilə müraciət etməlisiniz. Məsələn, cənab Şmidt. Yalnız yaxın dostlar bir birilərinə «sən» deyə müraciət edə bilərlər.

Almanlar fəxri adları sevirlər. Buna görə müraciət zamanı mütləq bu adlardan istifadə edirlər. Almanlar adətən həllərini tapa biləcəklərindən əmin olduqları danışıqlara girirlər.

Əksər hallarda onlar dəqiqliklə öz mövqeləri üzərində işləyirlər. Danışıqlar zamanı isə sualları ardıcıl olaraq müzakirə etməyi sevirlər. Sövdələşmə bağlandığı zaman almanlar qarşı tərəfdən qəbul edilmiş öhdəliklərə riayət etməyi tələb edirlər.

Burada işgüzar hədiyyələr vermək adəti bir o qədər də yayılmayıb. Siz yalnız sizin şirkətinizlə əlaqəli olan suvenirlər hədiyyə edə bilərsiniz.

Almaniyada evə dəvət etmək adəti hörmətlik əlaməti hesab edilir. Kişi ev sahibəsinə gül dəstəsi hədiyyə edə bilər. Qonaq dəvət olunmuş evə gələrkən hətta balaca uşaqlara belə hədiyyə verə bilər.

Xalqlararası münasibətlərin qloballaşması öz təsirlərini göstərir. Bir millətə mənsub olan davranış qaydaları, fərqliliklər getdikcə silinirlər. Buna baxmayaraq gedəcəyiniz ölkənin adətləri ilə öncədən maraqlansanız, bu sizə kömək edəcək. Bu iş danışıqları zamanı sizin yüksək mütəxəssis səviyyəniz olduğunu göstərəcək.

Son xəbərlər
Digər xəbərlər