17 C
Baku
Sunday, May 5, 2024

Biznesdə saxta tezislər I

Müəllif: ORO Mebel-in Baş Meneceri Anar Bayramov

Bu yazıda biznesdə ayaq açıb yeriyən, o qədər də maneə ilə üzləşməyən, eyni zamanda saxta hesab etdiyim tezislərə münasibət bildirirəm.

Bunlar o tezislərdilər ki, bunların köməkliyi ilə ya hansısa qrup məsuliyyəti öz üzərindən atmağa çalışır, ya da hansısa hərəkətinə “haqq qazandırır”.

1. Sistem yaxşıdırsa, rəhbərin kim olmasının çox da əhəmiyyəti qalmır.

Bu boyda da absurd olar? Əlbəttə ki, sistemin möhkəm və işlək olması şirkəti hansısa fərdlərin asılılığından qurtarır. Amma bu, o demək deyil ki, rəhbərin kim olmasının fərqi yoxdur. Bunlar hər ikisi vacib şərtdir.

Misal olaraq dövləti götürək. Demək olar ki, bütün dövlətlərin qanunvericiliyi bənzərdir, yaxşı işləməyə imkan verir. Bu qanunların işləməsini təmin edən rəhbərə ehtiyac yoxdurmu?

2) İşlədiyin şirkətə bütün hallarda loyal olmalısan. Niyə? Loyallıq dediyimiz şey birtərəfli olmaz. Heç kim kiməsə və ya nəyəsə loyal olmaq məcburiyyətində deyil. Şirkət işçisinə şərait yaratsın, ona sahib çıxsın, şirkəti işçinin özününkü kimi qəbul etdirsin, sonra loyallıq gözləsin.

O başqa söhbət ki, ya loyal olacaqsan, ya da şirkəti tərk edəcəksən. Buna görə də işçinin iş yerini dəyişməsinə hər zaman normal baxmaq lazımdır. İşlədiyi şirkət onun karyera məqsədlərinə uyğun gəlmirsə, işçi niyə dayansın ki orda?

3) Liderlər anadangəlmə lider kimi doğulur. Belə bir şey yoxdur. Lideri şərait yetişdirir. İnsanın aldığı tərbiyə, ətrafındakı insanların bilik səviyyəsi, həyat tərzi, maraqları və s. digər amillər liderin formalaşmasına gətirib çıxarır.

11566426 hand holding business world

4) Demokratik idarəetmə bizim üçün deyil. Bu, “xalqımız demokratiyaya hazır deyil” cəfəngiyyatından fərqlənmir mahiyyətcə.

5) Biznes kitabları Azərbaycan üçün deyil. Bu sözlə də çox rastlaşırlar biznes kitabları oxuyanlar. Necə Azərbaycan üçün olmaya bilər axı? Azərbaycanda olsa-olsa mühit fərqli olar. O kitablarda da mühitin fərqli olması inkar edilmir. Özü də fikir vermisinizsə, bu sözü deyənlər əsasən bir dəfə də olsun kitab oxumayanlardır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər