5.9 C
Baku
Tuesday, March 5, 2024

Biznesmen qadının tutulması barədə məlumata aydınlıq gətirildi

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) “Mak Marin LTD” şirkətinin təsisçisi və rəhbəri Mətanət Süleymanzadənin dələduzluğa görə saxlanılması ilə bağlı məlumatlara münasibət bildirib.

BŞBPİ-in Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev cavab olaraq bildirib ki, vətəndaşlardan daxil olan müracətlər üzrə Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılır.

Onun sözlərinə görə, araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək.

E.Hacıyev söyləyib ki, hazırda M.Süleymanzadə saxlanılmayıb.

Qeyd edək ki, ötən gün M.Süleymanzadənin saxlanılması ilə bağlı məlumat yayılıb. Bildirilib ki, şirkət rəhbəri işə düzəltmək adı ilə yüzlərlə insanın pulunu dələduzluq yolu ilə mənimsəyib.

Report

Son xəbərlər
Digər xəbərlər