2 C
Baku
Sunday, December 15, 2024

Black Friday: ABŞ-da online ticarət pik həddə çatdı

Reuters agentliyinin verdiyi məlumata görə, ABŞ-da “Black Friday” (“Qara cümə günü”) online satışlar özünün pik səviyyəsinə çatıb. Ənənəvi mağazalarda da fəallıq hər zaman ki kimi yüksək səviyyədə olsa da, göstəricilər online satışlar ilə müqayisə də bir o qədər əhəmiyyətli təsir bağışlamır.

Macy’s Inc saytı ziyarətçi axını nəticəsində həddindən artıq yüklənib. Adobe Digital İndex-in verdiyi məlumata görə, cümə günü şərq saat qurşağına əsasən 15:00-da ABŞ-da online satışlar 1,7 milyard dollara çatdı.

Milli pərakəndə federasiyasının (National Retail Federation) proqnozuna görə, bu il ABŞ-da bayram alış-verişi 3,6% artacaq və 655,8 milyard dollara çatacaq. Bu isə əsas olaraq online satış həcminin misilsiz artımı ilə əlaqədardır.

Əhalinin online satışlara olan yüksək marağının əsas səbəbi sərfəli endirimlərdir. Clavis Insight-ın verdiyi məlumatlara görə, orta hədlə Amazon – 42%, Wal-Mart — 33%, Target — 35%,  Best Buy — 36% endirim təklif edirdi.

Bu mövsüm Amerikada alış-veriş xərclərinin artmasının digər bir səbəbi isə ABŞ-da cari ilin IV rübündə qeydə alınan iqtisadi artım ilə əlaqələndirilir.

Son xəbərlər
Digər xəbərlər