-1 C
Baku
Sunday, December 15, 2024

“BlackBerry” maliyyə ilini ciddi zərərlə başa vurdu

“BlackBerry” son rüb üçün hesabatını dərc edib.
“ixbt.com” saytının verdiyi məlumata görə, şirkət üçün fevralın 28-də 2017-ci maliyyə ilinin dördüncü rübü yekunlaşıb.

Hesabat dövründə “BlackBerry” 286 milyon dollar həcmində gəlir əldə edə bilib. Bununla belə, məhsulun maya dəyərinə çəkilən xərclər 114 milyon dollar, əməliyyat xərcləri 229 milyon dollar təşkil edib. Nəticədə ötən rüb şirkət üçün 57 milyon dollar həcmində əməliyyat zərəri ilə yekunlaşıb.

ELƏCƏ DƏ BAX – Ford şirkəti BlackBerry-nin 400 mühəndisini işə götürəcək

“BlackBerry”nin bir il ərzində gəlirləri 1,309 milyard dollar təşkil edib. Müqayisə üçün bildirək ki, bir il öncə bu rəqəm 2,160 milyard dollar olub. Xərclərin azaldılması hesabına şirkət ümumi gəlirini 43,6 faizdən 47,1 faizə qədər artırıb. Bununla belə, əməliyyat itkiləri də artıb və 223 milyon dollardan 1,181 milyard dollara çatıb.

Şirkətin bir il ərzində xalis itkisi 1,208 milyard dollar təşkil edib. Bir il öncə bu göstərici 223 milyon dollar idi.

MənbəLent.az
Son xəbərlər
Digər xəbərlər