7 C
Baku
Thursday, December 12, 2024

Blinken: “ABŞ Rusiya ilə müəyyən sahələrdə təmaslara hazırdır”

ABŞ dövlət katibi Entoni Blinken ölkəsinin Rusiya ilə müəyyən sahələrdə təmaslara hazır olduğunu açıqlayıb.

Bu barədə Blinken CBS telekanalına müsahibəsində bildirib.

Baş diplomata Moskva və Vaşinqton arasında rusiyalı Viktor Butun amerikalı Britni Qrinerlə mübadiləsinə dair razılaşmaların ikitərəfli münasibətlərdə dəyişiklik potensialının olduğunu göstərib-göstərmədiyi sualı verilib:

“Biz ardıcıl olaraq nümayiş etdirmişik ki, yumşaq desək, geniş münasibətlərimizdə problemlər olsa da, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə baxmayaraq, biz konkret məsələlər, müəyyən maraqlar üzərində işləyə bilərik ki, biz irəliləyişə nail olaq”.

Blinken bildirib ki, Rusiya ilə ədalətsiz şəkildə həbs edilmiş amerikalıları geri qaytarmağa çalışmaq üçün əməkdaşlıq edildiyini bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər