26 C
Baku
Saturday, July 27, 2024

Blinken Çinə səfəri zamanı Ukrayna məsələsini müzakirə edəcək

ABŞ dövlət katibi Etoni Blinken Çinə səfəri zamanı xüsusilə Rusiyanın Ukraynaya qarşı müharibəsindən danışacaq.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinq zamanı bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi gündəmdə olacaq. O əlavə edib ki, Çin bu müharibədə bitərəflik iddiasında olsa da, Rusiya Federasiyası ilə hələ də yaxın münasibətlər saxlayır.

Eyni zamanda, Prays vurğulayıb ki, ABŞ Pekini Rusiyaya hərbi dəstək vermək və ya Ukraynaya qarşı təcavüzə görə tətbiq edilən sanksiyalardan yan keçməyə kömək etmək barədə xəbərdarlıq edib.

Çin prezidenti Si Cinpin və ABŞ prezidenti Co Bayden noyabrda İndoneziyada keçirilən G20 sammiti çərçivəsində Blinkenin 2023-cü ilin əvvəlində Çinə səfər edəcəyi barədə razılığa gəliblər.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər