6 C
Baku
Sunday, December 15, 2024

Blinken: “Ukrayna hər Rusiya tankı əleyhinə 10 sistemə sahib olacaq”

Ukrayna tezliklə hər Rusiya tankı üçün 10 tank əleyhinə sistemə sahib olacaq.

CNN xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. O, Qərbin silahlarının Ukraynaya tədarükünün davam etdirəcəyini vəd edib.

Qeyd edək ki, Norveç hökuməti Ukrayna Prezidenti Volodimir Zelenskinin yerli parlamentə müraciətindən sonra tank əleyhinə silahların təhvil verilməsi barədə qərar qəbul edib.

Bundan əvvəl isə Böyük Britaniyanın Baş naziri Boris Conson NLAW və “Javelin” tank əleyhinə sistemlər üçün verilmiş 4 000 raketdən əlavə, Ukraynaya daha 6 min raketin tədarükünü vəd edib.

Son xəbərlər
Digər xəbərlər