19 C
Baku
Thursday, April 25, 2024

Blinkenlə Paşinyan Brüssel görüşünü müzakirə etdi

ABŞ Dövlət katibi Entoni Blinkenlə Ermənistanın Baş naziri Nikol Paşinyanın telefon danışığı olub.

Onlar Brüsseldə üçtərəfli danışıqların nəticələrini müzakirə ediblər.

Tərəflər Qarabağ məsələsinin həlli, regional kommunikasiyaların açılması ilə bağlı fikir mübadiləsi aparıblar.

Blinken Vaşinqtonun Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası və delimitasiyasına, regionda kommunikasiyaların açılmasına dəstəyi davam etdirməyə hazır olduğunu vurğulayıb.

Tərəflər xüsusi nümayəndələr səviyyəsində Türkiyə-Ermənistan danışıqları prosesinə də toxunublar.

Xatırladaq ki, mayın 22-də Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında danışıqlar aparılıb.

 

 

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər