1 C
Baku
Saturday, December 14, 2024

‘Blockchain’ vasitəsilə idxal edilən mükəmməl qəhvə

Blokçeyn haqda kriptovalyutalar sayəsində daha çox eşitməyə başladıq. Məlumatların təhlüksəsiz ötürülməsini təmin edən bu texnologiya indi də qəhvə fermerləri və yoxsul icmalara yardım üçün istifadə edilir.

İvon Herrera Qvatemalanın paytaxtından 40 kilometr uzaqda Santa Rosa de Lima təpəliklərində qəhvə yetişdirir. O öz məhsulundan çox razıdır.

“Biz gözəl qəhvə toplayacağıq. Biz bunun üçün çalışırdıq və bu il iki il çəkdiyimiz əziyyətin nəticəsini görürük” – deyə o, bildirir.

Dünyadakı bir çox qəhvə fermeri kimi, Herrera da məhsulunu beynəlxalq qəhvə fyuçers bazarında satırdı. Fyuçers bazarında alıcılar onlara daha sonrakı tarixdə çatdırılacaq qəhvəni öncədən müəyyən edilmiş qiymətlə almağa razılaşır. Bu, qiymətləri azaldır və valyuta məzənnələrinin dalğalanmasının yaratdığı risklərə açıq edir.

Lakin indi Herrera məhsulunu yüksək qiymətə Birləşmiş Ştatlarda müstəqil qəhvə emalçısına satır.

Bu sistem Pol Tapper və onun qardaşı Skotun ideyasıdır. Skot Sietlda inkişaf etməkdə olan ölkələrdə ekoloji davamlılıq problemini həll etmək üçün uğurlu blokçeyn texnologiyası biznesini təsis edib.

“Qəhvə və ya başqa məhsulları sevən insanlar bazarda stardartların və sertifikatlaşdırılmanın genişləndiyini müşahidə edir və bu, istehlakçıları çaşdıra bilər. Blokçeyn isə maliyyə və sosial baxımdan nələrin baş verdiyini yoxlamaq yolu kimi xidmət göstərir”, Pol Tapper deyir.

Blokçeyn bütün tərəflərin,yəni qəhvə istehsalçısı, idxalçısı və emalçının məlumatları şəffaf şəkildə qeyd edib, idarə edib və təsdiqləməsi üçün onlayn hesabat kitabçası hazırlayır. Tapper qardaşlarının Onda Origins adlı şirkəti inanır ki, kifayət qədər müştəri az sayda keyfiyyətli emal olunmuş qəhvənin haradan gəldiyini bilmək istəyəcək ki, qəhvənin istehsalçısına standart qəhvəyə görə premium qiymət ödəyə bilsin.

Qiymətlərin yüksək olacağına dair zəmanətin olması İvon Herrera kimi fermerlərə təkcə torpağına sərmaye qoyub, onu müdafiə etməyə deyil, həm də işçilərinə daha yaxşı maaş verməyə imkan yaradacaq. Bu isə ətrafdakı icmada yaşayış standartlarının artmasına gətirib çıxaracaq.

Amerikanın Səsi

Son xəbərlər
Digər xəbərlər