23 C
Baku
Friday, April 26, 2024

Bloklanan “Apple” mobil proqramlarının sayı açıqlanıb

“Apple” şirkəti 2020-ci ildə bir molyona yaxın mobil proqramı bloklayıb. Bu barədə şirkətin saytında deyilir.

“Apple” moderatorları tərəfindən “App Store” mağazasında mövcud olan 1,8 milyon mobil əlavə diqqətlə yoxlanılıb. Bundan başqa, servis administrasiyası tərəfindən yeniləmələrin buraxılışına nəzarət həyata keçirilir. Bununla əlaqədar ötən il proqramların yerləşdirilməsi ilə bağlı bir milyona yaxın təklif rədd edilib və təxminən eyni sayda yeniləmə bloklanıb.

Sənədə görə, 215 min proqram istifadəçilərin həddindən artıq şəxsi məlumatlarını topladığına görə ləğv edilib. 150 min mobil əlavə mövcud servislərin funksiyalarını təkrarlaması səbəbindən rədd olunub, 95 min proqram fırıldaqçılığa görə qadağan edilib. 48 min mobil əlavə gizli və sənədləşdirilməyən funksiyaların mövcudluğu səbəbindən silinib. Həmçinin 2020-ci ildə moderatorlar tərəfindən “App Store” qaydalarını pozan 470 min proqram tərtibatçısının hesabı bağlanılıb.

Tim Kukun rəhbəri olduğu şirkətin nümayəndələrinin sözlərinə görə, pul oğurluğu ilə bağlı fırıldaqçılıqla effektiv mübarizə aparılıb. Məsələn, 1,5 milyard dollar məbləğində şübhəli tranzaksiya rədd edilib, üç milyondan çox oğurlanmış bank kartı servisdən ayrılıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər