ABŞ kəşfiyyatı Çini yeni COVID-19 virusu ilə bağlı məlumatları təhrif etməkdə şübhəli bilir.
Banker.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” xəbər verib.
Agentliyin həmsöhbətinin sözlərinə görə, Çin hakimiyyəti həm yoluxmuş, həm də zərər çəkmiş şəxslərin vəziyyəti ilə bağlı natamam məlumatlar dərc edib.
Bununa bağlı hazırlanmış məruzə ötən həftə Ağ Evə təhvil verilib.
Xatırladaq ki, 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Uxan şəhərində yeni koronavirusun yayıldığını elan etmişdir.
Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyasının başlandığını elan edib.