ABŞ hökuməti “Şimal axını – 2” qaz boru kəmərinin tikintisini başa çatdırmağa kömək edən sığorta və sertifikatlaşdırma şirkətlərinə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır.
Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, ABŞ Konqresinin aşağı palatası və senat nümayəndələri 2020-ci ilin sonuna qədər qəbul ediləcək 2021-ci maliyyə ilinin müdafiə büdcəsində sözügedən layihəyə qarşı sanksiyalara dəyişiklik etmək niyyətindədir. Yeni qanun layihəsində əvvəllər tətbiq olunan sanksiyaların bütün boru çəkmə və sığorta fəaliyyətlərinə aid olduğu deyilir. Sanksiyalar Almaniya və digər ölkələrin rəsmilərinə təsir göstərməyəcək.