Avropa İttifaqı (Aİ) “zəif əsaslara görə” bir sıra Rusiya vətəndaşlarına qarşı sanksiyaların ləğvini müzakirə edir, Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.
Agentliyin həmsöhbətləri qeyd ediblər ki, 30-a yaxın şəxs Aİ-ni məhkəməyə verib, 10 nəfər isə onların sanksiya siyahısından çıxarılması xahişi ilə Brüsselə birbaşa müraciət edib.
Sanksiyalarla bağlı Brüsselə şikayətlər, o cümlədən milyarderlər Melniçenko, Mordaşov və Usmanov tərəfindən ünvanlanıb.