‘Apple’ istifadəçinin yuxusunu izləmək funksiyasına malik olan ağıllı saat üzərində çalışır, mənbələrə istinadən Bloomberg agentliyi xəbər verir. Beləliklə, şirkət, əvvəllər Nokia Health kimi tanınan Fitbit və Withings istehsalçıları ilə rəqabət apara biləcək.
Agentliyin sözçüsünə görə, ‘Apple’ bir neçə aydır yuxunun monitorinqi funksiyasını sınaqdan keçirir. Testlər uğurlu olarsa, şirkət 2020-ci ilə qədər bu funksiyanı ‘Apple’ Watch-da tətbiq edəcək. Xatırladaq ki, şirkət 2016-cı ildən etibarən hər payız fəsillində bizə “‘Apple’ Watch” un yeni versiyasını təqdim edir.
Agentliyin sözlərinə görə, bu, ‘Apple’-in cihazlar bazarında atdığı ilk addım deyil. 2017-ci ilin yazında şirkət bu məqsədlə proqram təminatı istehsal edən Beddit startup-ını almışdır. Müqavilənin məbləği açıqlanmayıb. Hal-hazırda, ‘Apple’ öz məhsullarını Beddit markası altında öz saytında satır.