Beynəlxalq Valyuta Fondu hesab edir ki, kəmiyyət yumşalması siyasəti həyata keçirilməsə, dünya iqtisadiyyatını 0,5%-lik azalma gözləyir.
Banker.az xəbər verir ki, bu həftə BVF qlobal ÜDM ilə bağlı proqnozunu 2019-cu ildə 3%-də, 2020-ci ildə isə 3,4%-ə qədər endirib. Bu, təşkilatın son on il ərzindəki ən pis proqnozdur. BVF-nun verdiyi məlumata görə, hal-hazırda dünya iqtisadiyyatının tənəzzül tempi 2,5% səviyyəsindədir.
Təşkilatın aparıcı iqtisadçısı olan Gita Gopinath, mərkəzi bankları kəmiyyət yumşalması siyasətini həyata keçirməyə çağırır. Onun fikrincə, bu baş tutmadığı təqdirdə ÜDM 0,5% azalacaq.
Qeyd edək ki, kəmiyyət yumşalması siyasətini ilk dəfə 2018-ci ildə Çin Xalq Bankı keçirmişdir. Onun ardınca 2019-cü ildə FED-in faiz dərəcəsini azaltmasını qeyd etmək olar.
Ondan sonra Vahid Avropa Bankı və Yaponiya bankları da faiz dərəcəsini azaldaraq, kəmiyyət yumşalma proqramını işə saldılar.