3 C
Baku
Saturday, December 14, 2024

“Bloomberg” gizli planı açıqladı: Rusiya Belarusu özünə birləşdirir

Kreml nüfuzunu qoruyub saxlamaq üçün Belarusu özünə birləşdirmək istəyir. Banker.az bildirir ki, bunu “Bloomberg” agentliyi yazıb.

Mənbə bildirir ki, belaruslu lider Aleksandr Lukaşenko Rusiya ilə daha sıx ittifaqdan yalnız iqtisadi mənfəət güdür ki, bunlar da ucuz neft və qazdır, lakin heç bir vəchlə suverenliyini itirmək istəmir. Lakin nəşr qeyd edir ki, Belarusla birləşmə Rusiya üçün cəlbedici ideyaya çevrilib.

Birincisi, belaruslarla birləşmə rusiyalılar üçün bir vaxtlar dost olmuş Ukrayna ilə ayrılmanın “kompensasiya”sı ola bilər. Bundan əlavə, 2024-cü ildə Rusiya lideri Ali Dövlət Şurasının rəhbərliyinə gələ bilər. Mənbə xatırladır ki, sözügedən orqan 1997-ci ildə RF ilə Belarus arasında çərçivə müqaviləsinin imzalanmasından sonra yaradılmışdı. Həmin müqaviləyə əsasən, iki dövlətdən ibarət federasiyanın vahid valyutası, bayrağı və emblemi, ümumi bazarı və vahid məhkəmə sistemi olmalıdır.

KİV-ə görə, yaranmış vəziyyətdə Lukaşenko Qərbdən kömək uma bilər, lakin bu da sərfəli variant kimi görünmür, belə ki, ABŞ və Avropa İttifaqı onun mütləq hakimiyyətini laxlada bilərlər.

Daha öncə Putinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Rusiya ilə Belarusun birləşməsi müzakirə predmeti deyil.

©haqqın.az

Son xəbərlər
Digər xəbərlər