17 C
Baku
Saturday, May 4, 2024

“Bloomberg”: iPhone 15 sentyabrın 12-də təqdim ediləcək

“Apple” sentyabr və oktyabr aylarında iPhone 15, ağıllı saat və yeni kompüter modellərinin təqdim ediləcəyi iki tədbir keçirməyi planlaşdırır. Bu barədə” Bloomberg” insayderi və jurnalist Mark Qurman məlumat verib.

Mənbənin məlumatına görə, ilk payız tədbiri sentyabrın 12-də keçiriləcək və burada iPhone 15, Plus, Pro və Pro Max modellərinin daxil olduğu yeni smartfonlar nümayiş etdiriləcək.

Tədbir əvvəlcədən qeydə alınmış onlayn yayım formatında keçiriləcək. Təqdimatdan sonra dəvət olunmuş jurnalistlər və bloqqerlər “Apple” şirkətinin baş ofisində yeni qadcetlərlə tanış ola biləcəklər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər