6 C
Baku
Saturday, December 14, 2024

“Bloomberg”: iPhone 16 süni intellektlə işləmək üçün A18 çipi və 8 GB RAM alacaq

“Apple” payızda dörd yeni smartfon buraxacaq – iPhone 16, iPhone 16 Plus, iPhone 16 Pro və iPhone 16 Pro Max, “Bloomberg” yazır. Onların hamısı süni intellekt (AI) platforması “Apple Intelligence” ilə işləyəcək, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

Agentliyin məlumatına görə, iPhone 16 A18 prosessoru və 8 GB RAM alacaq. Yeni smartfonların təqdimatından sonra “Apple Intelligence” iPhone 15 modelləri üçün də əlçatan olacaq.

Yeni iPhone Pro-da ekran ölçüsü 6.1-dən 6,3 düymədək, iPhone Pro Max-da isə 6.7-dən 6.9 düymədək artırılacaq. Bundan əlavə, rəng seçişinə qızılı çəhrayı əlavə ediləcək.

Bloomberg onu da yazır ki, 2025-ci ilin əvvəlində “Apple” münasib qiymətə iPhone SE-ni buraxacaq. Agentlik xəbər verir ki, 2025-ci ilin payızında satışa çıxarılacaq iPhone 17 modelləri daha nazik korpusa sahib ola bilər.

Son xəbərlər
Digər xəbərlər