25 C
Baku
Friday, April 19, 2024

Bloomberg: koronavirusun dünya iqtisadiyyatına vurduğu zərər 5 trilyon dollardan çox olacaq

Koronavirusun dünya iqtisadiyyatına vurduğu zərər iki ildə 5 trilyon dollardan çox olacaq. Banker.az xəbər verir ki, bu haqda “Bloomberg” agentliyi məlumat verib.

Nəşrin qeyd etdiyi kimi, “dünya dərin tənəzzül dövrünə girir. Bu proses qısa ömürlü olsa da, iqtisadiyyatın bərpa olması üçün müəyyən vaxt tələb olunacaq”, – materialda deyilir.

“Citigroup” un baş iqtisadçısı Ketrin Man qeyd edir ki, koronavirusun qlobal iqtisadiyyata vurduğu zərər 5 trilyon dolları ötəcək.
“JPMorgan Chase” bu göstəricini 5,5 trilyon dollar dəyərində qiymətləndirilir. Qeyd edildiyi kimi, inkişaf etmiş ölkələri 2008-2009 və 1974-1975-ci illərdə baş verənlərlə müqayisə oluna bilən iqtisadi tənəzzül gözləyir.

“Morgan Stanley” bankının mütəxəssisləri ÜDM-un əvvəlki səviyyəyə 2021-ci ilin üçüncü rübündə qayıdacağını bildiriblər.

Son xəbərlər
Digər xəbərlər