Bloomberg: Neft ən azı bir il yarım ucuzlaşmağa davam edəcək

May ayında Yaxın Şərqdə hərbi əməliyyatların başa çatacağı və Hörmüz boğazında gəmiçiliyin normallaşacağı gözləntiləri fonunda Brent markalı neftin qiyməti 19% ucuzlaşıb. İyunda isə regionda müəyyən gərginliyin artmasına baxmayaraq, bu tendensiya davam edib və Brent kotirovkaları daha 21% geriləyib.

BloombergNEF analitikləri hesab edirlər ki, bu, hələ son hədd deyil və “qara qızıl”ın qiymətlərinin gələcəkdə də aşağı düşəcəyini proqnozlaşdırırlar. Onların qiymətləndirmələrinə görə, ABŞ-İran müharibəsi zamanı ən çox zərər görən neft hasilatı 2027-ci ildə bərpa olunacaq və nəticədə qlobal neft təklifi tələbi əhəmiyyətli dərəcədə üstələyəcək.

Xüsusilə, 2027-ci ildə qlobal neft bazarında təklif profisiti gündəlik 5,02 milyon barel təşkil edəcək. Halbuki 2026-cı ildə bazarda cüzi çatışmazlıq gözlənilir. Bu fonda Brent markalı neftin qiymətinin bir barel üçün 60 dollar səviyyəsinə enəcəyi, WTI markalı neftin isə bu göstəricidən də aşağı düşəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, Bloomberg agentliyinin sorğusunda iştirak edən analitiklərin median proqnozuna əsasən, 2027-ci ilin yekununda Brent neftinin orta qiyməti bir barel üçün 72 dollar, WTI neftinin orta qiyməti isə 68 dollar təşkil edəcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər