18 C
Baku
Thursday, April 25, 2024

“Bloomberg”: Rusiya “dost” valyutalarda 70 mlrd. dollar alacaq

Rusiya rublun artımını yavaşlatmaq üçün bu il 70 milyard dollar yuan və digər “dost” valyutalar almağı planlaşdırır. “Bloomberg” agentliyinin məlumatına görə, plan avqustun 30-da hökumətin və Mərkəzi Bankın yüksək vəzifəli şəxslərinin, o cümlədən bankın sədri Elvira Nabiullinanın iştirakı ilə keçirilən xüsusi iclasda dəstək alıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Bu əməliyyatdan sonra, “Bloomberg”ə görə, səlahiyyətlilər investisiyaları maliyyələşdirmək üçün Çin valyutasında aktivlərin satışının daha uzunmüddətli strategiyasına keçməyi planlaşdırırlar.

Rusiya hökuməti Ukraynada müharibənin başlaması fonunda 640 milyard dollarlıq ehtiyatlarının dondurulmasınan sonra “dost” valyutalara üz tutub. Ölkənin maliyyə naziri Anton Siluanovun sözlərinə görə, martın əvvəlində Rusiya sanksiyalara görə 300 milyard dollar ehtiyatdan məhrum olub.

19 avqust 2022-ci il tarixində Rusiyanın beynəlxalq ehtiyatları 6.6 milyard dollar azalaraq 574 milyard dollar təşkil edib. Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra Rusiya Mərkəzi Bankı ehtiyatların valyuta və coğrafi strukturu ilə bağlı hesabat verməyi dayandırıb. Anbarın yeri və ehtiyatların strukturu ilə bağlı son məlumatlar 2022-ci il yanvarın 1-də dərc edilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər