Səudiyyə Ərəbistanı neft hasilatının azaldılması mövzusuna həsr olunmuş danışıqlarda Rusiyaya ultimatum qoyub.
Banker.az xəbər verir ki, bu haqda mənbələrə istinadən “Bloomberg” məlumat verib.
Xatırladaq ki, son iclasda iştirakçılar hasilatı gündə 10 milyon barel azaltmaq barədə razılığa gəliblər.
Səudiyyə Ərəbistanı Rusiyadan kvotanı 1,5 milyon barelə qədər azaltmağı tələb edib.
Qeyd edildiyi kimi, bu günə qədər tərəflər yalnız ABŞ-ın da iştirakının zəruri olması barədə razılığa gəliblər. Donald Tramp danışıqlarda iştirak etməkdən imtina edir.