Bloomberg: Səudiyyə Ərəbistanı iqtisadiyyatı COVID dövründən bəri ən kəskin enişlə üzləşib

ABŞ və İran arasındakı münaqişə fonunda Səudiyyə Ərəbistanının ÜDM-i aprel–iyun aylarında illik müqayisədə 4,8% azalıb. Bu, koronavirus pandemiyasından bəri qeydə alınan ən kəskin rüblük geriləmədir. Bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, bu ilin ikinci rübündə krallıq iqtisadiyyatındakı eniş Hörmüz boğazındakı blokadalar səbəbindən neft ixracında yaranan problemlərlə bağlı olub. Səudiyyə Ərəbistanının neft sektorunda istehsal 24,7% azalıb. Müqayisə üçün, birinci rübdə bu sahədə 2,9% artım qeydə alınmışdı. Ölkədə neft hasilatı da azalıb və münaqişədən əvvəlki səviyyədən aşağı qalır.

Beynəlxalq Valyuta Fondu (BVF) proqnozlaşdırır ki, Səudiyyə Ərəbistanı iqtisadiyyatının artım tempi 2026-cı ildə 1,7%-ə enəcək. 2027-ci ildə isə hökumətin prioritet elan etdiyi iqtisadiyyatın şaxələndirilməsi layihələri hesabına artımın 5,5%-ə qədər sürətlənəcəyi gözlənilir.

ABŞ və İsrailin 28 fevralda İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra Tehran ABŞ, İsrail və onlara dəstək verən ölkələrlə əlaqəli gəmilər üçün Hörmüz boğazını bağlamaq qərarı qəbul etmişdi. Bu boğaz dünya üzrə neft ticarətinin təxminən 25%-nin həyata keçirildiyi strateji dəniz marşrutudur.

İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Bundan sonra Səudiyyə Ərəbistanının bu marşrut üzrə neft ixracı bərpa edilsə də, tərəflərin atəşkəsi pozmasından sonra təhlükəsizlik riskləri yenidən artıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər