ABŞ-ın sənaye istehsalındakı pisləşmə, 2020-ci ildə Donald Trampın ikinci dəfə prezident seçilməsinə əngəl yaradır.
Banker.az xəbər verir ki, bu haqda Bloomberg üçün məqaləsində jurnalist Karl Smit yazır.
Onun sözlərinə görə, ABŞ-ın hazırkı iqtisadi göstəriciləri Demokratik Partiyasının nümayəndəsi Hillari Klintonun 2016-cı il seçkilərində qalib gəlməsinə əngəl olan əsas amillərdən biri idi.
“Son statistik məlumatlara baxsaq görərik ki, ABŞ genişmiqyaslı tənəzzül istiqamətində hərəkət edir. Xatırladaq ki, 2015-ci ildə mini-tənəzzül ilə artıq üzləşmişdir. Təchizat İdarəetmə İnstitutunun (ISM) İstehsal aktivliyinin indeksi (PMI) 2016-ci ilin əvvəlində qeydə alınmış səviyyədən aşağıdır”, – deyə Smit əlavə edir.
Jurnalist qeyd edir ki, seçicilər olduqları iqtisadi şəraitdən çıxış edərək səs verirlər. Bunu nəzərə alsaq deyə bilərik ki, sənaye istehsalındakı pisləşmə Donald Trampın ikinci dəfə prezident postuna seçilmək şanslarını günü-gündən azaldacaq.
2015-ci ilin yanvar ayından 2016-cı ilin yanvar ayına qədər PMI indeksi 54,1-dən 48-ə düşmüşdür (50-dən yuxarı olan qiymət artıma, 50-dən aşağı olan qiymət isə azalmaya işarə edir). Son altı ayda indeks 55,3-dən 47,8-ə düşüb. Bununla yanaşı, yeni ixrac sifarişlərinin indeksi 41-ə düşüb.