9 C
Baku
Thursday, December 12, 2024

BMT: “Ərzaq qiymətlərinin düşməsi təxminən 100 milyon insanı həddindən artıq yoxsulluqdan çıxarıb”

Qara dəniz üzərindən ərzaq və gübrə ixracına dair razılaşmalar sayəsində mümkün olan əsas ərzaq məhsullarının qiymətinin aşağı salınması 100 milyona yaxın insanın həddindən artıq yoxsulluqdan xilas olmasına kömək edib.

Bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin nümayəndəsi Stefan Düjarrik deyib.

Onun sözlərinə görə, ixracın bərpası buğda və digər məhsulların ucuzlaşmasına xeyli təsir edib:

“BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının qiymət indeksi ardıcıl 7 aydır ki, azalır. Beynəlxalq Valyuta Fondunun modelinə əsaslanan hesablamalarımıza görə, əsas ərzaq məhsullarının qiymətlərinin aşağı düşməsi dolayısı ilə 100 milyona yaxın insanı həddindən artıq yoxsulluqdan çıxarıb”.

Baş katibin nümayəndəsi onu da vurğulayıb ki, BMT taxıl ixracı üzrə sazişlərin uzadılmasına mane olan çətinlikləri başa düşür, lakin onların öhdəsindən gələ biləcəyinə inanır. Onun sözlərinə görə, tərəflərin etirazı olmasa, noyabrın 19-da müqavilələr avtomatik olaraq uzadıla bilər.

 

 

Son xəbərlər
Digər xəbərlər