BMT-nin baş katibi Antonio Quterreş qlobal ərzaq qıtlığı barədə xəbərdarlıq edib.
Bu barədə Quterreş Berlində toplaşan inkişaf etməkdə olan ölkələrin rəsmilərinə videomüraciətində bildirib.
O, müraciəti zamanı milyonların ölümünə səbəb olan ərzaq qıtlığının başlıca səbəbləri kimi iqlim dəyişikliyi və koronavirus pandemiyasını göstərərək Ukraynadakı müharibəni də bura şamil edib.
O həmçinin 2022-ci ildə çoxsaylı aclıqların elan olunacağını və 2023-cü ilin daha pis ola biləcəyini deyib: “Heç bir ölkə belə bir fəlakətin sosial və iqtisadi nəticələrindən sığortalanmayacaq”.