22 C
Baku
Friday, April 26, 2024

BMT baş katibinin müavini Xersona səfər edəcək

BMT baş katibinin müavini Martin Qriffits gələn həftə Nikolayev və Xersona səfər edəcək.

Bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.

Nümayəndə deyib ki, Qriffits infrastrukturun zədələnməsi və qışın başlaması ilə bağlı humanitar vəziyyəti qiymətləndirəcək.

Bundan əvvəl BMT-nin Ukraynadakı humanitar koordinatoru Denis Braun bildirib ki, Ukraynada elektrik enerjisinin tamamilə kəsilməsi fəlakət ola bilər.

Qeyd edək ki, hazırda BMT-nin 2 minə yaxın humanitar işçisi Ukrayna ərazisindədir.

Dekabrın 8-də Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib ki, hazırda ölkənin enerji sistemini tam bərpa etmək mümkün deyil.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər