26 C
Baku
Saturday, July 27, 2024

BMT: COVID-19 səbəbindən 120 milyon insan işsiz qala bilər

Pandemiyanın nəticələrinə görə dünyada turizmlə məşğul olan təxminən 120 milyon insanın işsiz qalma riski var. Banker.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Guterres koronavirusun turizm sınayesinə təsiri mövzusuna həsr olunmuş video müraciətində bildirib. Onun sözlərinə görə, xüsusilə iqtisadiyyatın qeyri-rəsmi sektoru təhlükə altındadır.

Guterres ətraf mühitin qorunmasını diqqət altında saxlayaraq, turizm sektorunun yenidən qurulmasının zəruriliyinə işarə edib. Mütəxəssis “nəqliyyatdan atılan tullantıların kəskin yüksələ biləcəyini” söyləyib.

BMT-nin analitik hesabatına görə, bu ilin may ayında turistlərin sayı 2019-cu illə müqayisədə 98% azalıb. Ümumilikdə beynəlxalq turizm sektoru 320 milyard dollar zərər edib ki, bu da 2009-cu ildəki iqtisadi böhran zamanı verilən itkidən üç qat çoxdur. BMT-nin hesablamalarına görə, ən optimistik proqnoza əsasən, dünya ÜDM-si 117 trilyon dollar və ya 1,5% azalacaq. Əgər durğunluq səkkiz ay davam edərsə, itkilər 2,2 trilyon dollara və ya qlobal ÜDM-nin 2,8%-ə qədər artacaqdır.

Son xəbərlər
Digər xəbərlər