Hazırda dünya ölkələrinin arsenalında 13 minə yaxın nüvə silahı var.
Bu barədə BMT-nin Baş katibi Antonio Quterreş bildirib.
Onun sözlərinə görə, dünyada nüvə silahından istifadə təhlükəsi soyuq müharibənin qızğın vaxtından bəri görünməmiş səviyyəyə çatıb.
“Bəşəriyyət Xirosima və Naqasakiyə endirilən zərbələrdən alınan dərsləri unutmaq təhlükəsi ilə üz-üzədir. Geosiyasi gərginlik yeni zirvələrə çatıb”, – o deyib.
BMT-nin Baş katibi nüvə silahının istifadəsinə qarşı 77 illik normanın təcili olaraq yenidən təsdiqlənməsi və gücləndirilməsinin zəruriliyini bəyan edib.
“Bu, bütün üzv ölkələrdən möhkəm öhdəlik tələb edir, nüvə müharibəsi riskini azaldır və bizi tərksilah yoluna qaytarır”, – Quterreş vurğulayıb.