BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsi (UNSDSN) 2024-cü il Davamlı İnkişaf Hesabatını açıqlayıb.
2015-ci ildə BMT-yə üzv dövlətlər tərəfindən Davamlı İnkişaf Məqsədlərinin (CDG) qəbul edilməsindən sonra hər il hazırlanan hesabatda bu il qlobal əməkdaşlığın və maliyyələşdirmənin gücləndirilməsinin vacibliyi vurğulanıb.
2015-ci ildə açıqlanan 17 davamlı inkişaf hədəfinin 2030-cu ilə qədər əldə edilməyəcəyi barədə proqnoz verən Şəbəkə qeyd edib ki, bu hədəflərin 16 faizində irəliləyiş əldə olunub, lakin onların 84 faizində tərəqqi məhdud səviyyədədir və ya reqress qeydə alınmaqla proseslər əks istiqamətə yönəlib.
Hesabatda əvvəlki illərdə olduğu kimi, bu il də Skandinaviya ölkələrinin Dayanıqlı İnkişaf Məqsədləri İndeksində liderliyinin davam etdiyi bildirilib. İndeksdə Finlandiya birinci, İsveç, Danimarka, Almaniya və Fransa sonrakı yerlərdədir.
UNSDSN-in hesabatı bu ilin sentyabrında keçiriləcək BMT-nin Gələcəyin Sammiti tədbirində müzakirə ediləcək.