Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş ətraf mühitin çirkləndirilməsinə görə vergiödəyicilərinə əlavə vergi yükünün qoyulması təklifi ilə çıxış edib.
BMT-nin Baş katibi iqlim dəyişikliklərinə həsr olunmuş sammitdəki çıxışında qlobal iqtisadi siyasəti və maliyyə sistemini Paris sazişi və davamlı inkişaf məqsədləri ilə uyğunlaşdırmağın zəruriliyini vurğulayıb. Bundan əlavə, o, iqlim dəyişikliyi ilə bağlı maliyyə riskləri barədə informasiyanın ictimaiyyət üçün açıq olmasının məcburi hala gətirilməsini təklif edib.
“Çıxarılan enerji daşıyıcıları sektorunun maliyyələşdirilməsi tədricən dayandırılmalı və onun subsidiyalaşdırılmasına son qoyulmalı, yeni kömür elektrik stansiyalarının tikintisi dayandırılmalı, vergiyə gəlirlər deyil, karbon tullantıları cəlb edilməli, çirkləndiricilərə görə vergiödəyicilərinə əlavə vergi yükü qoyulmalıdır”, – deyə o, videoformatda keçirilən sammitdə bildirib.