14 C
Baku
Çərşənbə, May 25, 2022

BMT-nin Baş katibi dünyanı növbəti pandemiyaya hazırlaşmağa çağırıb

BMT-nin Baş katibi Antonio Quttereş Dünya İqtisadi Forumu (WEF) zamanı dünyanı növbəti pandemiyaya hazırlaşmağa çağırıb.

Banker.az xəbər verir ki, “Biz hər bir ölkədə monitorinq, erkən aşkarlanma və sürətli cavab planlarına sərmayə qoymaqla, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının nüfuzunu gücləndirməklə növbəti pandemiyaya hazırlaşmalıyıq”, – deyə Quttereş söyləyib.

Quttereş xatırladıb ki, ÜST daha əvvəl 2021-ci ilin sonuna qədər dünya əhalisinin 40%-ni, bu ilin ortalarında isə 70%-ni peyvənd etməli olduğu strategiyasını açıqlamışdı. “Biz bu hədəflərdən uzağıq. Ayıbdır, lakin yüksək gəlirli ölkələrdə peyvənd nisbətləri Afrika ölkələrindəkindən 7 dəfə çoxdur. Bizə peyvəndlərin paylanmasında ədalət lazımdır”, – deyə BMT-nin Baş katibi əlavə edib.

Onun qeyd etdiyi kimi, bütün ölkələr və peyvənd istehsalçıları COVAX mexanizmi çərçivəsində tədarükə üstünlük verməli və dünyada peyvəndlərin, o cümlədən müalicə vasitələrinin istehsalını dəstəkləməlidirlər.

Əczaçılıq şirkətlərinin lisenziyaları, nou-hauları və texnologiyaları paylaşaraq, inkişaf etməkdə olan ölkələrlə həmrəylik nümayiş etdirmələrinə ehtiyacımız var ki, hamımız bu pandemiyadan çıxış yolu tapa bilər”, – deyə Quttereş əlavə edib.

Son xəbərlər
Oxşar xəbərlər