15 C
Baku
Friday, April 26, 2024

BMT: Pandemiya II Dünya müharibəsindən sonra ən böyük böhrandır

Koronavirus pandemiyasının ciddi sosial-iqtisadi təsirləri olacağını söyləyən BMT-nin Baş katibi Antonio Quterreş böhrana qarşı qlobal miqyasda görülən tədbirlərin yetərli olmadığını bildirib.

“Deutsche Welle” xəbər verir ki, A.Quterreş koronavirus pandemiyasının İkinci Dünya müharibəsindən sonra yaşanan ən böyük böhran olduğunu açıqlayıb.

Baş katib beynəlxalq ictimaiyyəti pandemiya və COVID-19 xəstəliyinin səbəb olduğu sosial-iqtisadi dağıntıya qarşı daha güclü və təsirli şəkildə mübarizə aparmağa çağırıb: “Bu da yalnız hamı bir araya gələrsə, siyasi oyunları bir yana qoyub insanlığın təhlükədə olduğunu başa düşərsə, mümkün olacaq”.

©Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər