9 C
Baku
Friday, December 13, 2024

BMT tənbəl insanlar üçün “Dünyanı xilas etməyin yolu” adlı təlimat kitabçasını nəşr etdi

Birləşmiş Millətlər Təşkilatı (BMT) tənbəl insanlar üçün nəzərdə tutulmuş təlimat kitabçasını nəşr edib. Kitabçada dünyanın inkişafı üçün zəruri, icrası isə çox sadə olan bir sıra hərəkətlər sadalanıb.

Banker.az xəbər verir ki, “Biz sizin həyatınızı sadələşdirdik və siyahı tərtib etdik”, – mesajda deyilir.

Birinci fəsildə mütəxəssislər “divandan durmadan belə edə biləcəyimiz şeyləri” sadalayırlar. Məsələn, BMT tənbəl insanlara texnikanı uzatma kabelinə qoşmağı və beləliklə elektrik enerjiyə qənaət etməyi tövsiyə edir. Eyni zamanda, mütəxəssislər şəxsi avtomobildən ictimai nəqliyyata keçməyi, ərzaqları ekologiyaya qayğı göstərən şirkətlərdən almağı da zəruri hesab edirlər.

İkinci fəsil “evdə edə biləcəyiniz şeyləri” nəzərdə tutur: məsələn, saçı və paltarları açıq havada qurutmaq, duş qəbul etdikdə 5-10 dəqiqə sərf etmək, ərzaqları dondurmaq və s.

Üçüncü fəsildə BMT ərzaqları evinizə yaxın olan mağazadan almağı, spontan alış-verişlərdən qaçmağı, qida rasionuna dəniz məhsullarını əlavə etməyi və alış-veriş etdikdə şəxsi çantadan istifadə etməyi tövsiyə edir.

Dördüncü fəsil “işdə edə biləcəyiniz alış-verişləri” nəzərdə tutur. Onlar arasında: əgər ara yeməyi üçün gətirdiyiniz meyvələri yemək istəmirsinizsə, onları tullamayın, daimi sağlamlığınızı yoxlatdırın və şirkət daxilində istənilən ayrı-seçkiliyə qarşı olun.

Son xəbərlər
Digər xəbərlər