28 C
Baku
Saturday, July 27, 2024

BMT: Yer kürəsinin əhalisi koronavirus səbəbindən 3,4 trilyon dollar itirib

2020-ci ildə koronavirus pandemiyası nəticəsində Yer kürəsinin əhalisi 3,4 trilyon dollar zərər çəkib. Banker.az xəbər verir ki, bu barədə BMT-nin Baş Assambleyasının 74-cü sessiyasının sədri Nigeriya nümayəndəsi Tijani Muhammad-Bande, prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən koronavirusla mübarizəyə həsr olunmuş videokonfransda bildirib.

“Beynəlxalq Əmək Təşkilatının (BƏT) verdiyi məlumata görə, 2020-ci ildə koronavirus pandemiyası səbəbindən insanlar 3,4 trilyon dollar zərər görüblər. Bütün ölkələr hazırda böyük təzyiq altındadır”, – Muhammad-Band bildirir.

O, dünyada heç bir ölkənin belə çətinliklərə qarşı təkbaşına dayana bilmədiyini vurğulayaraq, pandemiyanı aradan qaldırmaq üçün qüvvələri birləşdirməyə çağırdı. Bunun üçün yeni və dayanıqlı sistem yaradılmalıdır.

“Biz bütün dünyanı müharibələri dayandırmağa çağırırıq”, – Tijani söyləyir.

Son xəbərlər
Digər xəbərlər