19.2 C
Baku
Sunday, September 25, 2022

BMT Zaporojye AES ətrafında təhlükəsizlik perimetri yaratmağa çağırıb

BMT-nin Baş katibi Antonio Qutyerreş Zaporojye atom elektrik stansiyasının ətrafında təhlükəsizlik perimetrinin tətbiqinə çağırıb.

Bu barədə onun bəyanatında deyilir.

Qutyerreş Rusiya və Ukrayna silahlı qüvvələrini “atom elektrik stansiyasının bilavasitə yaxınlığındakı istənilən hərbi əməliyyatları dərhal dayandırmağa çağırır. Eyni zamanda, onun obyektlərini və ətrafını hədəf kimi istifadə etməməyi tələb edir.

Bundan əlavə, bütün hərbi personalın və texnikanın AES-dən çıxarılmasını və gələcəkdə də hərbi qüvvələrin və texnikanın orada yerləşdirilməməsini istəyir.

BMT-nin Baş katibi vurğulayıb ki, atom elektrik stansiyası heç bir hərbi əməliyyatda istifadə edilməməlidir.

O, həmçinin AES ərazisinin təhlükəsizliyini təmin etmək üçün təhlükəsizlik perimetrinin tətbiqinin zəruriliyini bəyan edib.

 

 

Son xəbərlər
Oxşar xəbərlər