-1 C
Baku
Sunday, December 15, 2024

`BMW`dən, Tesla Model 3-ə cavab

“BMW”, Tesla Model 3-ə rəqib elektrikli sedan modeli üzərində çalışır.

BMW, digər avtomobil istehsalçılarının əksinə elektrikli avtomobillər mövzusunda daha erkən işlərə başlamışdı. İndi şirkət bir ilk olaraq tamamilə elektrikli sedan modeli istehsal etməyi planlaşdırır.

Handelsblatt-ın iddiasına görə BMW, sentyabr ayında reallaşacaq olan Münhen Avtomobil Sərgisində yeni modelini təqdim edəcək. Bu elektrikli avtomobilin 400 km mənzilə sahib olduğu və mövcud 3 seriyası ardıcıllığının bir hissəsi olacağı ifadə edilir. 3 seriyası BMW-nin ən qazanclı ailəsi olaraq xarakterizə edilir.

“Tesla Model 3”ün rəqibi olacaq.

Məlumatda əlavə olaraq sözü gedən BMW modelinin yaxınlaşmaqda olan Tesla Model 3-ə birbaşa cavab olduğunu da ifadə etdi.

Avtomobil nəhəngləri son illərdə möhtəşəm işlərə imza atan Teslanı rəqabətdə keçmək üçün strategiyalarını dəyişdirməyə başladı.

Son olaraq BMW-nin Tesla ilə daha yaxşı rəqabət etməsi üçün avtomobil qiymətlərini daha aşağıda tutması lazım olacaq. Hələlik BMW mövzuyla əlaqəli hər hansı bir açıqlama etməyib və bir müddət daha səssiz qalacaq kimi görünür.

Son xəbərlər
Digər xəbərlər