19 C
Baku
Thursday, May 2, 2024

“BOA Agency” şirkətində növbədənkənar iclas keçiriləcək

“BOA AGENCY” ASC-nın səhmdarların ümumi yığıncağının 08.02.2024-cü il tarixində saat 11:00-da Bakı, Nəsimi rayonu, Mir Cəlal küç., 4 mkr, 36D ünvanındakı ofisində (3-cü mərtəbə, iclas zalı) növbədənkənar iclası keçiriləcəkdir.

Banker.az xəbər verir ki, iclasın gündəliyinə səhm emissiyasının nəticələri üzrə nizamnaməyə dəyişiklik edilməsi və digər məsələlər daxildir.

Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatları Cəmiyyətin Bakı, Nəsimi rayonu, Mir Cəlal küç., 4 mkr, 36D ünvanındakı ofisində iş günləri saat 10:00-dan 17:00-dək hüquqşünasdan əldə edə bilərsiniz.

Xatırladaq ki, “BOA  Agentliyi” MMC  2011-ci ildə yaradılıb. Şirkətin əsas fəaliyyət istiqaməti bütün növ aktivlərin, passivlərin və eləcə də kredit borcların qaytarılması üzrə tam xidmət kompleksinin təşkilidir. “BOA Agency” əsasən kredit müqavilələri və digər əsaslar ilə yaranmış, qanunu qüvvəsini almış müvafiq tələb hüquqlarına mülkiyyət hüququnu əldə edərək onların həyata keçirilməsi sahəsində fəaliyyət göstərir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər